Sağlamlıq imkanları məhdud uşaqlar arasında velosiped yarışı üzrə muxtar respublika birinciliyi keçirilib

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan yarışda yaşı 18-dək olan paralimpiyaçılar iştirak ediblər. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan şəhərində yerləşən Sahil Parkında keçirilib. Qələbə uğrunda mübarizədə şəhər və rayonlardan ümumilikdə 18 idmançı iştirak edib. Qaydalara əsasən, təyin olunan məsafənin qət edilməsi ilə yanaşı, finişə çatma müddəti də hesablanaraq sıralama müəyyənləşdirilib.
Nəticələrə gəlincə, Ordubadı təmsil edən Mikayıl Məmmədov ən yaxşı göstərici ilə birinciliyin qalibi olub. Naxçıvan idmançısı Nihal İmanovla Culfa təmsilçisi Asim Zamanov müvafiq olaraq 2-ci və 3-cü sıralarda qərarlaşıblar.
Mükafatlandırma zamanı Nazirliyin şöbə müdiri Taleh İbrahimov və Federasiyanın sədr müavini Vüqar Məmmədov yarışın keçirilmə məqsədi və önəmindən bəhs edib, iştirakçılara bundan sonra da uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşanlara diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib. Bütün iştirakçılar federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, birincilik sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, onların reabilitasiyası, o cümlədən idmanın müxtəlif növlərinə marağın artırılması məqsədi ilə keçirilib.

716693
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
469
784
3873
22812
716693

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg