Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və əmək və əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək uşaqları təbrik etmiş və muxtar respublikada uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan bəhs etmişlər.
Çıxış edənlər “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın əhəmiyyətinə toxunaraq görülən işlər haqqında tədbir iştirakçılarına ətraflə məlumat vermişlmişdir. Diqqətə çatdırılmışdır ki, qəbul edilmiş dövlət proqramının icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası səmərəli təşkil edilir, uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilirlər.
Sonra Naxçıvan Muxtar Respublikası səhiyyə nazrinin müavini Samrat Gəncəyeva valideynlər adından çıxış edərək muxtar respublikada uşaqlara yaradılan hərtərəfli şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzindən 6, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlara üçün Xüsusi İbtidai Məktəbindən 9 nəfər olmaqla, ümumilikdə 15 sağlamlıq imkanları məhdud uşağa hədiyyə və şirniyyat bağlamaları təqdim olunmuşdur.

745835
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1713
933
6225
24609
745835

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg