Şərur şəhər avtomobil yolları yenidən qurulub

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir.
iyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.
Məlumat verilib ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik yolun üzərində 3 su keçidi qoyulub, 3 min 300 metr uzunluğunda kanal, 5 min metr uzunluğunda yeraltı elektrik, 8 min 834 metr uzunluğunda rabitə, yaşıllıqlar üçün isə 2 min 985 metr su xətti çəkilib, müasir işıqlandırma dirəkləri quraşdırılıb. Şəhərin girişində və daxili avtomobil yollarının kənarlarındakı köhnə səkilər və bardürlər yenisi ilə əvəz edilib, səkilərdə 96 yerdə məhdud fiziki imkanlılar üçün keçid qoyulub.
Ali Məclisin Sədri deyib ki, Şərur muxtar respublikanın ən qədim tarixə malik olan bölgələrindəndir. Şərur şəhəri tarixinin heç bir dönəmində müstəqillik illərində olduğu qədər inkişaf etməyir. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. O gün olmasaydı, bu işlər də həyata keçirilə bilməzdi. Şəhərin yolları su və kanalizasiya sistemləri işlənib tamamilə başa çatdıqdan sonra yenidən quruldu. 11 min 200 metrlik yolun 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlıdır. Bu da imkan verəcək ki, bu yollardan uzun illər sıxlıq olmadan istifadə etmək mümkün olsun.
"Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir",- deyən Ali Məclisin Sədri Şərur rayonunda yeni yolların qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, yol kənarında yaşıllıqların artırılması barədə tapşırıq verib.
Həmin gün Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanıb, müvafiq göstərişlər verib.

738870
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
864
5286
17644
738870

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg