Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibinin iştirakı ilə onlayn seminar keçirilib

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Reabilitasiyanın bir növü kimi əlillyi olan şəxslərin sağlamlıqlarının bərpası və möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən

məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. İdman tədbirləri ilə yanaşı, Federasiyanın məşqçi-müəllim heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə də bir sıra işlər görülür. Ötən müddət ərzində, Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti dəfələrlə muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və paralimpiyaçılar üçün təlimlər və seminarlar təşkil edilib. Bu tədbirlərin davamı olaraq, iyunun 8-də Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun iştirakı ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının bölmə rəhbərləri və məşqçiləri üçün növbəti onlayn seminar keçirilib. Seminarda əlililyi olan şəxslər üçün məşq proseslərinin şərtləri, bu sahədə mövcud idman normaları və onların icra üsulları haqqında seminar iştirakçılarına müvafiq tövsiyyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

087013
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
149
257
1034
4447
87013

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg