Dünən Naxçıvan Regional Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Turizm Bürosunun bi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar həyatın bütün sahələrində dinamik inkişafı təmin edir. Yeni iş yerləri yaradılır, əhalinin məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Muxtar respublikamızın iqtisadi gücü artdıqca yeni fəaliyyət sahələri yaranır ki, bu da əmək bazarında iş imkanlarının artmasına səbəb olur. Nəticə etibarilə ixtisaslı kadrlara olan tələbat artır və bu sahədə dövlət dəstəyi gücləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Proqramın uğurla icra olunması digər sahələrlə bərabər peşə təhsilinin inkişafına da yeni imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş peşə təhsili üzrə kadr hazırlığı aparılması nəzərdə tutulan ixtisasların siyahısında Turizm agenti peşəsi üzrə kursun tədris planı da təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, keçirilməsinə başlanılan bələdçi təlimi muxtar respublikada fəaliyyət göstərən bələdçilərin texniki- peşə biliklərinin təkmilləşdirilməsinə və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə hesablanmışdır. Təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi tərəfindən keçiriləcəkdir. Bu isə təlim iştirakçılarının müasir tələblər əsasında bələdçilik bacarıqlarını təkmilləşdirməyə şərait yaradacaqdır.
Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova bildirmişdir ki, turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verən şəxsdir. Turizm bələdçisi kimi fəaliyyət göstərən şəxslər xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkə­nin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmalıdır.
4 gün davam edəcək təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzusunda seminarlar tədris olunacaqdır.
Təlimin ikinci günündən başlayaraq Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər də təşkil ediləcək, sonda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları veriləcəkdir.

717756
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
484
1048
4936
23875
717756

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg