Sosial könüllülər Sədərək rayonunda tənha ahılları ziyarət ediblər

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Məlum olduğu kimi, muxtar respublikada əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Sədərək rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər tənha ahıllarla birgə vaxt keçirib, onlara məişət işlərində köməklik göstəriblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

717113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
889
784
4293
23232
717113

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg