Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 14 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 14 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə görə müvafiq vəsaitdən işçilərə verilən mükafatlardan qanunla müəyyən edilən qaydada vergi, məcburi dövlət sosial sığortahaqqı, işsizlikdən sığortahaqqı və icbari tibbi sığortahaqqı tutulur.
Bundan əlavə, Nazirlər Kabinetinin eyni tarixli digər qərarları ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda və “Naxçıvan Muxtar Respublikasında Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. Sonuncu Qaydada edilən dəyişikliyə əsasən Naxçıvan Tibbi Sosial Ekspertiza Komissiyasının qəbul etdiyi qərarın dəyişdirilməsi barədə qərar qəbul edildiyi halda sağlamlıq imkanları məhdud şəxsin fərdi proqramına yenidən baxılması məqsədilə həmin şəxs TSEK-ə dəvət olunur.

745633
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1511
933
6023
24407
745633

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg