Naxçıvanda Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri ilə görüş olub

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən və "Vətən uğrunda" medalı ilə təltif olunan şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşüb.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini və “Vətən uğrunda” medalları ilə təltif olunduqlarını qeyd edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib.
Ali Məclisin Sədri deyib: Şəhidlərimizin hər ikisi hərbi təhsil alıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda 2014-cü ildən zabit kimi xidmət ediblər. Fəaliyyətləri dövründə zabit şərəfini ləyaqətlə qoruyub, təltiflər alıb və bu müddətdə xidmətləri ilə hörmət qazanıblar. Ali Məclisin Sədri bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Naxçıvandan olan könüllülər də iştirak edib, şəhidlərimiz və qazilərimiz olub. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətləri yüksək qiymətləndirilib, onlar təltif olunublar. Təltif olunanların bir hissəsinə orden və medallar təqdim edilib. Bu gün təltif olunanların hər ikisi isə Vətən Müharibəsi Qəhrəmanlarıdır. Bu ad İkinci Qarabağ müharibəsinin ən yüksək təltifidir.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətmizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulayıb.
Sonra Ali Məclisin Sədri “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsini, eləcə də “Vətən uğrunda” medallarını şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevə və şəhid kapitan Nihad Babayevin atası Akif Babayevə təqdim edib.
Şəhid Anar Əliyevin atası Vaqif Əliyev minnətdarlıq edərək deyib: "İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da böyük şücaət göstəriblər. Dövlətimiz tərəfindən bütün şəhidlərin, eləcə də mənim övladımın yüksək ad və medalla təltif olunması şəhid ailələrinə göstərilən diqqətin bariz nümunəsidir".
Şəhid Nihad Babayevin atası Akif Babayev də ailə üzvləri adından minnətdarlıq edərək deyib: "Naxçıvandan olan hərbi qulluqçular da ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmanlıq göstərib, torpaqlarımız düşmən tapdağından azad olunub. Bu yolda mənim də övladımın payının olması çox qürurvericidir".

736018
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
789
1645
2434
14792
736018

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg