Sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub

Bu gün muxtar respublikamızın ahıl sakinlərinə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi gücləndirilir. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ahıllar Evi sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının təzahürüdür.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlər Rüstəm meşəsində olublar. Onlar üçün burada təbiətə gəzintisi təşkil edilib, yemək və çay süfrəsi açılıb. Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında isə saz havalarından ibarət musiqi proqramı təqdim olunub. Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Qeyd edək ki, ahılların muxtar respublikamızın tarixi yerlərinə, ziyarət ocaqlarına, mədəniyyət müəssisələrinə ekskursiyaları qarşıdakı dövr ərzində də davam etdiriləcək.

738868
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
178
864
5284
17642
738868

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg