Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektlərində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır. Əmək bazarına çıxışının dəstəklənməsi üçün yarmarkada vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə bu tədbirlər çərçivəsində peşə hazırlığına cəlb olunurlar. Əmək yarmarkalarında həmçinin, vətəndaşların ödənişli ictimai iş yerlərinə və özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılır.
Bu tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayının 12-də Kəngərli rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 9 dövlət, 7 özəl sektor olmaqla, ümumilikdə 16 müəssisədən 111 boş iş yeri təqdim edilib. Əmək yarmarkasında 33 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 2 nəfərin peşə hazırlığı kurslarına və 6 nəfərin isə Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, əmək yarmarkaları ay ərzində davam edəcək və növbəti əmək yarmarkası iyul ayının 13-də Sədərək rayonunda təşkil ediləcəkdir.

716837
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
613
784
4017
22956
716837

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg