Quruculuq tədbirləri turizm bölgəsi olan Unus və Pəzmərinin inkişafına töhfədir

Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur.
İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanıb.
Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı, STEAM kabinəsi, elektron lövhəli sinif, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar yerləşəcəkdir. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır. Binada fəaliyyət göstərəcək feldşer-mama məntəqəsində yaradılan şərait kənd əhalisinin sağlamlığının qorunmasına, peyvəndlərin vaxtında vurulmasına imkan verəcəkdir. Xidmət mərkəzində isə bərbərxana, ət satışı yeri, ərzaq mağazası fəaliyyət göstərəcəkdir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.
Ali Məclisin Sədrinə məlumat verilib ki, Unus kəndində də quruculuq işləri həyata keçirilir. Kənddə kənd və xidmət mərkəzləri tikilir.
Unus kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev deyib: "Vaxtilə bu kəndlərdə elektrik enerjisi, təbii qaz, yol infrastrukturu yox idi. İndi isə kəndlər tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub, yollar abadlaşdırılıb. 70 il Sovetlər Birliyi dönəmində kəndlərimizə göstərilməyən qayğı Ali Məclis Sədrinin rəhbərliyi ilə qısa zamanda öz həllini tapdı. Bunun üçün bütün kənd sakinləri adından minnətdarlığımı bildirirəm".
Ali Məclisin Sədri deyib: Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
Ali Məclisin Sədri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olub və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq verib.
***
Həmin gün Ali Məclisin Sədri Anaqut kəndi ərazisində inşa edilən "Xan Çinar" İstirahət Mərkəzində də olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır.
Ali Məclisin Sədri istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar verib.

738762
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
72
864
5178
17536
738762

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg