Sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsinə dair maarifləndirici tədbir keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğu sahəsində də sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzindədir. Bu sahədə görülən işlərlə yanaşı, bəzi müəssisələrdə müvafiq kateqoriyadan olan şəxslərin işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Nazir müavini sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışaraq, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib. C.Canməmmədov bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 31 may 2018-ci il tarixində imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrasının vacibliyini qeyd edib.
Tədbirin davamında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elmin Fərəcov sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov isə, müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb. Çıxışlar zamanı slaydlardan da istifadə olunub və semiar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Naxçıvan şəhəri ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisə və təşkilatların vəzifəli şəxsləri, kadr işləri üzrə mütəxəssisləri (nümayəndələri) iştirak edib.

110171
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
202
188
1204
4161
110171

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg