Sağlamlıq imkanları məhdud uşaqların “Ağbulaq İstirahət Mərkəzi”ndə istirahətləri təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mart ayının 15-də təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kateqoriyadan olan uşaqlar üçün sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən əlamətdar günlərdə görüşlər, yaradıcılıq müsabiqələri və bilik yarışları keçirilir.
Bu həftə isə sağlamlıq imkanları məhdud bir qrup uşağın sosial könüllülərin müşayiəti ilə “Ağbulaq İstirahət Mərkəzi”nə səfəri təşkil olunub. Uşaqlar əvvəlcə Mərkəzdə yaradılan şəraitlə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İstirahət müddətində onlar Ağbulaq kəndini gəzib, təbiətin gözəllikləri ilə yerində tanış olublar. Həmçinin, burada olduqları vaxt ərzində, müvafiq kateqoriyadan olan uşaqlar sosial könüllülərlə birgə oxunması zəruri olan kitabları mütaliə edib, intellektual oyunlarda bilik və bacarıqlarını yoxlayıblar. Onlar üçün vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayişi də təşkil olunub.
İstirahət uşaqlarda xoş ovqat yaradıb, valideynlər isə göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.

110169
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
200
188
1202
4159
110169

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg