Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfəri təşkil olunub

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir. Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri, asudə vaxtlarının səmərəli təşkili istiqamətində zəruri işlər görülür.
Bu günlərdə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin digər regoinlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, qonaqlar üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Ağbulaq kəndinə, Batabat yaylağına ekskursiyalar təşkil olunub. Onlar burada olan təbiət gözəlliklərinə tamaşa edib, asudə vaxtlarını əyləncəli keçiriblər. Bu səfər muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

717824
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
552
1048
5004
23943
717824

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg