Muxtar respublikada Vətən müharibəsi iştirakçıları, şəhid ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar

Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır, bu istiqamətdə zəruri yeniliklər tətbiq edilir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli qayğı ilə əhatə olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə müvafiq kateqoriyadan olan muxtar respublika sakinlərinin maddi məişət şəraiti yaxşılaşdırılır, onların mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılır. Eyni zamanda, Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası da davam etdirilir.
Artıq məlum olduğu kimi, bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda 40-a yaxın müvafiq kateqoriyadan olan şəxs istifadə edir və onlara Mərkəzin psixoloqu tərəfindən lazımı psixoloji bərpa xidmətləri göstərilir.
Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı – “sosial.nmr.az”-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə (http://sosial.nmr.az/psixidestek) də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya 036 545 65 26 nömrəli əlaqə telefonuna müraciət edə bilərlər.

745859
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1737
933
6249
24633
745859

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg