Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil olunub

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətdə ardıcıl
tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir. Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri, asudə vaxtlarının səmərəli təşkili istiqamətində zəruri işlər görülür.
Bu günlərdə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizin digər regoinlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, “Duzdağ” Fizioterapiya Mərkəzində və Darıdağ arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, qonaqlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ötən həftə muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Ağbulaq kəndinə, Batabat yaylağına ekskursiyalara aparılıb. Avqustun 10-da isə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Bu bədii tədbir muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

745865
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1743
933
6255
24639
745865

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg