Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında intellekt yarışı

Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Zaur Hüseynov çıxışlarında sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə göstərilən hərtərəfli dövlət qayğısından, həyata keçirilən işlərdən və yarışın əhəmiyyətli tərəflərindən bəhs ediblər. Qaydalar haqqında məlumat verildikdən sonra intellekt mübarizəsinə start verilib.
Yekun nəticələrə əsasən, İlqar Məmmədli 6000 xallıq göstərici ilə oyunu birinci sırada tamamlayıb. Fatimə Əsədli (3600) ikinci, İradə Hüseynli (3200) isə üçüncü olub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan yarışın sonunda iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.