Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Səmimi qəbula və xoş sözlərə görə minnətdarlıq edən səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulayıb. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.