Sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə Naxçıvan şəhərində baş tutub. Tədbir çərçivəsində müvafiq kateqoriyadan olan uşaqlar Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsində, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeydə olub, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində sərgilənən eksponatlara tamaşa ediblər. Daha sonra gəzinti iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Tədbirin sonunda sağlamlıq imkanları məhdud uşaqlar çay süfrəsi ətrafında gəzinti ilə bağlı təəsüratlarını bölüşüblər.
Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

742785
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
437
2738
3175
21559
742785

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg