Cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Bu məqsədlə, Avqustun 19-da cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərlə görüş təşkil olunub. Görüşdə çıxış edənlər, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin məşğulluqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikamızda yaradılan şəraitdən danışıb, bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər haqqında məlumatlar veriblər. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyyələr verilib.
Eyni zamanda, tədbirin gedişində 4 nəfərin Özünüməşğulluq proqramına, 2 nəfərin isə müvafiq peşə hazırlıq kursuna qeydiyyatı aparılıb.
Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

745701
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1579
933
6091
24475
745701

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg