Özünüməşğulluq proqramı çərçivəsində aktivlər vətəndaşlara təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Proqramın icrası çərçivəsində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avqust ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu ailələrdən 22 nəfərin hər birinə 2 baş iribuynuzlu, 2 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə otbiçən aqreqat, 2 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə isə otdoğrayan aqreqat verilib. Bu mərhələdə özünüməşğulluğu təmin edilmiş şəxslərin 12 nəfərini əlilliyi olan vətəndaşlar, 2 nəfərini şəhid ailəsi üzvləri, 2 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunanlar, 2 nəfərini isə ailə üzvləri sırasında qazi olan şəxslər təşkil edib. Eyni zamanda, təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə daha 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib və onun fəaliyyətinin stimullaşdırılması məqsədilə, həmin şəxsə otdoğrayan aqreqat verilib.
Növbəti mərhələ üzrə verilmiş aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sektor müdiri Nadim Nəcəfov və Ordubad rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

738694
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
864
5110
17468
738694

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg