Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfərləri davam etdirilir

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir. Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri, asudə vaxtlarının səmərəli təşkili istiqamətində zəruri işlər görülür.
Bu günlərdə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regoinlarından olan daha 49 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsinə, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında, sağlamlıq imkanları məhdud şəxslərin “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinə ziyarəti təşkil olunub. Ziyarətin ardından burada onlar üçün çay süfrəsi təşkil olunub.
Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

743822
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
633
841
4212
22596
743822

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg