Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfəri davam edir

Artıq məlum olduğu kimi, bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 49 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub.
 
Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Duzdağ” Fizioterapiya Mərkəzində və Darıdağ arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyalara aparılıb, sentyabrın 7-də isə onlar üçün “Duzdağ” Fizioterapiya Mərkəzində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramı təşkil olunub. Bu bədii tədbir muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

735746
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
517
1645
2162
14520
735746

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg