Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qay

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəminin yaradılmasına, onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına yeni imkanlar yaradır. Ötən dövr ərzində, Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülüb, müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Görülən bu işlərlə yanaşı, bu sahədə maarifləndirici tədbirlərin icrası da davam etdirilir. Bu məqsədlə sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yeni tədris ilinin başlanılması ilə əlaqədar maarifləndirici seminar təşkil olunub. Mərkəzin mütəxəssisləri tərəfindən aparılan seminarda, müvafiq kateqoriyadan olan uşaqlar üçün inkluziv təhsilin faydalarından bəhs olunub, bu mövzuda çıxışlar olub. Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin iştirakı etdiyi seminarda, onları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

110156
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
187
188
1189
4146
110156

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg