Paralimpiyaçıların üzgüçülük üzrə muxtar respublika birinciliyi

Sağlamlıq imkanları məhdud 18 yaşadək oğlan və qızlar arasında keçirilən birincilik Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində reallaşıb. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda 13 paralimpiyaçı iştirak edib. Məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və üzgüçülük idman növündə inkişaf etmələrinə zəmin yaradılması olub.
İştirakçılar üzgüçülüyün sərbəst üsulu ilə 25 metrlik məsafədə yarışıblar. Təyin olunan məsafəni digərlərindən daha tez qət edən Zeynəb İbrahimli qızlar arasında muxtar respublika birincisi olub. Səkinə Rəhimli ikinci, Nurgül Müslümova isə üçüncü olub. Oğlanlar arasında ən yaxşı nəticə Fərid Qafarlıya məxsus olub. Röyal Mahmudlu ikinci yerdə qərarlaşıb. Sıralamada ilk üçlüyü tamamlayan iştirakçı Zakir Həsənov olub.
İlk üçlükdə qərarlaşan paralimpiyaçılar diplomla təltif olunublar. Birinciliyin bütün iştirakçılarına hədiyyə təqdim edilib.

120959
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
217
411
1661
7114
120959

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg