Yeni tədris ilində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə tədbir keçirilib, müvafiq kateqoriyadan daha bir uşaq distant tədrisə cəlb olunub

15 Sentyabr – Bilik Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində tədbir təşkil olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Nicat Babayev yeni tədris ilinin başlanması münasibətilə müəssisəyə cəlb edilmiş müvafiq kateqoriyadan olan uşaqları təbrik edib, onlara yeni tədris mövsümündə uğurlar arzu edib. Nazir qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların sərbəst inkişafı, onlar üçün uğurlu və işıqlı gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Uşaqların təhsili, onların sağlamlığının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədilə son illər muxtar respublikada müasir standartlara cavab verən təhsil ocaqları, tibb müəssisələri, idman obyektləri tikilib istifadəyə verilmişdir. Həyata keçirilən bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqları da əhatə etmiş, onların cəmiyyətə fəal inteqrasiyası daim diqqət mərkəzində saxlanılmışdır. Müvafiq kateqoriyadan olan uşaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş, cari ilin mart ayının 15-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Ötən dövr ərzində, Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, təhsil müəssisələrində bu kateqoriyadan olan uşaqlara tolerant təhsil mühitinin formalaşdırılması məqsədilə monitorinqlər aparılmış, bu istiqamətdə maarifləndirici görüşlər keçirilmişdir. N.Babayev sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Mərkəzin direktoru Minurə Əliyeva, yeni tədris ilində qarşıya qoyulan vəzifələrdən danışıb, cari tədris ilində tətbiq olunacaq yeniliklərdən bəhs edib. Tədbirin davamında, Mərkəzin tədris otaqlarına baxış keçirilib, pedaqoji heyətlə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin ardından Mərkəzdə yeni təhsil ilində müvafiq dərslərin tədrisinə başlanılıb.
Əlavə edək ki, yeni tədris ili ərəfəsində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq - Mərdan Əsgərli distant tədrisə cəlb edilib. Yeni məktəbli zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Mərdanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

743137
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
789
2738
3527
21911
743137

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg