Yeniləşən və müasirləşən yollar insanların rahatlığına xidmət edir

Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulub.sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, 12,8 kilometrlik avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. 2,8 kilometr beton su kanalı çəkilib, 159 su keçidi və 573 metr qoruyucu sədd qoyulub. Yol çəkilişi zamanı 2750 metr içməli su xətti yenilənib, 755 metr yerüstü rabitə xətləri isə yeraltı kabel xətləri ilə əvəz edilib.

738957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
267
864
5373
17731
738957

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg