Xidmət mərkəzində yeni iş yerləri açılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların sayının artırılması barədə tapşırıq verib.
Sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri Aşağı Əndəmic kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə təbrik edərək deyib: Əndəmic kəndi bu gün tamamilə abadlaşıb, yenidən qurulub, müasirləşib, insanların rahatlığı təmin olunub, bütün infrastruktur yenilənib. Bütün bunlar sakinlərin rahat yaşayışı üçündür. Kəndin çox yaxşı təsərrüfat ənənələri vardır. Heyvandarlıq, arıçılıq, meyvəçilik inkişaf etdirilir. Ailə təsərrüfatları fromalaşıb. Bunların hamısı ölkəmizin iqtisadi inkişafına, möhkəmlənməsinə, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edən amillərdir. Eyni zamanda dövlət orqanlarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqlar əkilməli, kəndin abadlığı qorunmalı, ərazidə yaşıllıqlar artırılmalı, təsərrüfatlar genişləndirilməlidir. Bu gün Naxçıvan şəhərində olan infrastrukturla Əndəmic kəndində olan infrastruktur arasında fərq yoxdur. Burada da insanların rahat yaşaması üçün hər cür şərait yaradılıbdır.
Ali Məclisin Sədri kənd sakinlərinə firavan həyat, uzun ömür arzulayıb.
Aşağı Əndəmic kənd sakinləri adından minnətdarlıq edən ziyalı Tofiq Babayev deyib: Ali Məclis Sədrinin qayğısı ilə hər bir yaşayış məntəqəsi köklü şəkildə dəyişilib, insanların rifahı üçün yeni-yeni quruculuq işləri görülür. Aparılan uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları gerçəkləşərək respublikamız cənnətməkana dönüb. Həmin quruculuq işlərindən Ordubad rayonuna da pay düşüb. Rayonumuzda da kompleks quruculuq işləri aparılıb, əhali dayanıqlı qaz, işıq, su ilə təmin olunub. Bu il Ordubad rayonu ərazisində Dırnıs, Kələki, Unus, Pəzməri kəndlərində kompleks tikinti-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur. Yollar yenidən çəkilir, körpülər salınır, digər lazımi tədbirlər görülür. Bununla bərabər Ordubad rayonunda 2 su elektrik stansiyası tikilir, rayonun qədim tarixə malik olan Ordubad Cümə məscidi əsaslı şəkildə bərpa edilir. Rayon stadionu yenidən qurulub. Görülən işlər bizi ruhlandırır və sevindirir. Bu gün Aşağı Əndəmic kəndinin tarixində çox əlamətdar tarixdir. Ona görə ki, 70 il Sovet hökumətinin görə bilmədiyi işlər qısa zamanda həyata keçirilmişdir. Əndəmic kəndində məktəb, kənd və xidmət mərkəzləri tikilmiş, yollarımız əsaslı şəkildə təmir olunmuş, asfalt örtük verilmiş, kənddə müasir tipli ATS əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Bilik günündə bizə verilən ən böyük hədiyyədir.
***
Aşağı Əndəmic kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1200 metr yeni fiberoptik kabel, 1800 metr yeraltı rabitə xətti çəkilib. Həmçinin 2100 metr uzunluğunda izolyasiyasız hava elektrik xətti izolyasiyalı elektrik xətti ilə əvəz olunub, 33 dayaq basdırılıb, 14 beton gövdə bərkidilib. Bundan başqa 215 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 2511 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb.

717417
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
145
1048
4597
23536
717417

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg