15 sentyabr – Bilik Günü münasibətilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bilik müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, müvafiq kateqoriyadan olan uşaqlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması məqsədilə sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən, yarış, sərgi və müsabiqələr keçirilir, yaradıcılıq tədbirləri təşkil olunur.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında növbəti bilik müsabiqəsi təşkil olub. Müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması və cəmiyyətə daha fəal inteqrasiyasının təmin edilməsi məqsədilə təşkil edilən müsabiqə 15 sentyabr – Bilik Gününə həsr olunub və sosial könüllülərin iştirakı ilə keçirilib. İştirakçılar müsabiqənin proqramına uyğun olaraq, zehni və kiçik əl motorikasının inkişafı ilə bağlı müxtəlif tapşırıqları icra edib, verilmiş suallara düzgün cavab tapmağa çalışıblar.
Müsabiqə iştirakçıları tərəfindən maraqla qarşılanan tədbirin sonunda onlara hədiyyə olunub. Əlavə edək ki, bu kimi tədbirlər artıq mütəmadi xarakter alıb və davam etdirilməsi nəzərdə tutulub.

566659
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
183
303
3329
15512
566659

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg