Sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlərin göstərilməsi davam etdirilir

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Müvafiq kateqoriyalı şəxslərə göstərilən reabilitasiya xidmətlərinin həcmi və keyfiyyəti də ilbəil artırılır, dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin müvafiq köməkçi və texniki vasitələrlə təminatına xüsusi həssaslıqla yanaşılır. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəz tərəfindən muxtar respublika sakinlərinə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, sentyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə səyyari xidmət zamanı Şahbuz rayonunda əvvəlcədən qəbul edilmiş müraciətlər əsasında fiziki imkanları məhdud şəxslərə protez və ortezlər təqdim olunub, təmirə ehtiyacı olan protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında, sağlamlıq imkanları məhdud şəxslər ehtiyaclarına uyğun olaraq, velo-araba, eşitmə aparatı və digər reabilitasiya vasitələri ilə də təmin olunublar.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

717750
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
478
1048
4930
23869
717750

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg