İş sahələrində əməyin mühafizəsinin təşkilinə dair növbəti seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, sentyabr 23-də muxtar respublika ərazisində fəaliyyət göstərən 7 tikinti müəssisəsinin aidiyyatı mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Nazirlik nümayəndələri tərəfindən iş prosesində əməyin mühafizəsi qaydalarına

riayət edilməsi, işin xarakterinə uyğun fərdi mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında söhbətlər aparılıb, bu mövzuda slaydlar və videoçarxlar nümayiş etdirilib. Eyni zamanda, fərdi mühafizə vasitələrindən istifadə üsullarının şərti modellər üzərində əyani nümayişi həyata keçirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

738966
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
276
864
5382
17740
738966

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg