1 Oktyabr – Beynəlxalq ahıllar Günüdür

Cəmiyyətimizdə ahıllara və yaşlı insanlara hər zaman dərin ehtiram olub, onlar daim qayğı və nəvazişlə əhatə olunub. Bu qədim ənənələrin zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatması və bu gün də bu dəyərlərin yüksək səviyyədə yaşadılması sevindirici haldır. Bu məqsədlə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i ölkəmizdə də Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir.
Bu gün də ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ¬ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraiti¬nin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” onların sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamlılığını təmin edib.
Muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Müharibə iştirakçıları minik avtomobillləri ilə təmin edilir, onların yubileyləri qeyd olunur, sosial müdafiələrinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar respublikada tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsi Ahıllar Evidir. Şahbuz şəhərində yerləşən Ahıllar Evi sakinlərinin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə sakinlərlə görüşlər təşkil olunur, onlara sovqatlar təqdim edilir. Ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyasına xüsusi önəm verilir. Belə ki, onların protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyar xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər də təşkil olunur. Muxtar respublikada ahılların yubiley yaşları, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd olunur. Sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, həftənin şənbə günləri onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının təzahürüdür. Bu tədbirlərin davamı olaraq Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikada ahılların iştirakı ilə silsilə tədbirlər həyata keçirilir. Belə ki, sosial xidmət göstərilən tənha ahıllardan bir qisminin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinə ziyarətləri, muxtar respublikanın uzunömürlü sakini ilə, həmçinin Ahıllar Evində, Naxçıvan şəhərində və rayonlarda sosial xidmət göstərilən tənha ahıllarla görüşlər təşkil edilib, ahıllara bayram sovqatı təqdim olunub. Bununla yanaşı, artıq bir müddətdir ki, bu istiqamətdə təşkil edilən tədbirlərdə Sosial könüllülərin də iştirakı təmin edilir və onların köməyə ehtiyacı olan tənha ahılların evlərinə hər həftə təşkil edilən və artıq ənənə halını almış ziyarətləri böyük rəğbətlə qarşılanır. Yaşlı nəslə qayğı həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Buna görə də ölkə¬mizdə ahıllara həmişə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi gücləndirilir. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

742820
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
472
2738
3210
21594
742820

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg