Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenilənmiş saytının təqdimatı keçirilib

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial  Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, Nazirlik tərəfindən ictimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır

Bu məqsədlə, ötən il Nazirliyinin müxtəlif sosial şəbəkələrdə rəsmi hesabları istifadəyə verilib və bu sahədə operativ fəaliyyət təmin olunub. Nazir qeyd edib ki, müasir dövrdə informasiya mübadiləsi baxımından sosial şəbəkələrlə yanaşı, veb-saytlar da geniş imkanlara malikdir. Bu gün təqdimatı keçirilən Nazirliyin  rəsmi saytı da müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin sosial sahədə ictimai fəaliyyəti gücləndirmək və kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etmək məqsədilə yenidən qurulub. Artıq saytda struktur bölmələri haqqında yenilənmiş məlumat bazası ilə yanaşı, peşə kurslarına qoşulmaq üçün onlayn müraciət forması və elanlar, sosial fəaliyyət istiqamətləri haqqında yeni informasiyalar yer alıb.  Bu məqsədlə, saytda ən çox müraciət olunan sahələr və istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılıb, yeni bölmələr yaradılıb. Nazir vurğulayıb ki, saytda həmçinin, “göstərilən xidmətlər” bölməsi vasitəsilə, azərbaycan və fars dillərində protez-ortopedik müalicə üsulları ilə  də tanış olmaq mümkündür. N.Babayev əlavə edib ki, ötən il ictimai könüllülüyün təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılan Sosial Könüllülük Akademiyası ilə əlaqədar saytda xüsusi bölmə hazırlanıb və sosial könüllülər haqqında məlumatlar yerləşdirilib. Eyni zamanda,  internet istifadəçiləri arasında üstünlük təşkil edən gənclər buradan  sosial könüllülük fəaliyyətini yaxından izləyə və yeni könüllü kimi qeydiyyatdan keçə bilərlər.

Daha sonra, Nazirliyinin əməkdaşı Naib Əlizadə yenilənmiş “sosial.nmr.az” internet saytını təqdim edib. N.Əlizadə bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib. Müxtəlif proqramlarla təkmilləşdirilən saytın yeni versiyasında “Əsas səhifə”, “Nazirlik”, “Elektron xidmətlər”, “Qanunvericilik”, “Göstərilən xidmətlər”, “Sosial könüllülük”, “Mətbuat xidməti”, “Əlaqə”, bölmələri yaradılıb. Yeni yaradılan “göstərilən xidmətlər” bölməsində  Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzində hazırlanan məmulatlar haqqında zəruri məlumatlar yerləşdirilib. Məlumatlar müvafiq fotoşəkillərin fonunda iki dildə - Azərbaycan və fars dillərində verilib ki, bu da Mərkəzin fəaliyyətindən xarici vətəndaşların da istifadə imkanlarını asanlaşdırır. Qeyd olunub ki, daha bir yeni yaradılan bölmə “Sosial könüllülük” bölməsidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə ötən il yaradılan və cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan sosial könüllülük layihəsi üçün xüsusi hazırlanmış bölmədə, layihə haqqında məlumat, videoçarx, sosial könüllü gənclərin fərdi qaydada hazırlanmış foto və məlumatları, həmçinin akademiyaya elektron qeydiyyat imkanları mövcuddur. Foto və video qaleraya bölmələrinin də qurulduğu saytın əsas səhifəsinin sol və sağ hissələrində faydalı keçidlər də yerləşdirilib. Saytda yeniliklərin tətbiqi zamanı, Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə, əsas səhifədə muxtar respublikanın tarixi və görməli məkanlarından görüntülərə yer verilib, Naxçıvanın turizm imkanlarını özündə əks etdirən saytlara birbaşa keçid qurulub.

Qeyd edək ki, sosial.nmr.az saytının serveri Rabitə və Yeni Texnologiyalar Nazirliyində yerləşir və təhlükəsizliyinə zəmanət verilir.

738949
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
259
864
5365
17723
738949

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg