Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, əhalinin məşğulluğunun, rifah halının yüksək səviyyədə təmin olunması muxtar respublikamızda sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Ötən dövr ərzində, bu məqsədlə bir sıra dövlət proqramları qəbul olunub və hazırda da bu proqramlar uğurla icra edilir. Qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərinin icrasına xüsusi həssaslıqla yanaşılır, bu sahədə mütəmadi maarifləndirmə işləri aparılır. Lakin, bəzən müvafiq kateqoriyadan olan şəxslərə qarşı əmək münasibətlərində nöqsanlara, o cümlədən onların işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Nazir müavini əlavə edib ki, bu cür halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. C.Canməmmədov çıxışının davamında, sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışaraq, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib. Nazir müavini bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 31 may 2018-ci il tarixində imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrasının vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elmin Fərəcov sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üçün işəgötürənlərin məsuliyyətlərinə dair çıxış edib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov isə, müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi haqqında danışıb. Nazirlik yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin direktoru Yasin Əliyev isə iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və onların istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tətbiq olunan standartlardan bəhs edib, bu sahədə təyin olunmuş normaların əhəmiyyətini qeyd edib. Çıxışlar zamanı slaydlardan istifadə olunub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminarda muxtar respublika ərazisində fəaliyyət göstərən nazirlik, komitə, xidmət və agentliklərin müvafiq sahələr üzrə mütəxəssisləri (nümayəndələri) iştirak edib.

742651
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
303
2738
3041
21425
742651

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg