Ahıllara bayram sovqatları verilib.

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı həm də ahılların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin edib. Hazırda muxtar respublikada tənha ahıl vətəndaşa evlərində sosial-məişət xidmətləri göstərilir. Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Bununla yanaşı əlamətdar günlərdə onlarla görüşlər keçirilir, muxtar respublikanın görməli yerlərinə gəzintiləri təşkil olunur. Bu tədbirlərin davamı olaraq, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib, 235 ahıl vətəndaşa bayram sovqatları təqdim edilib

744334
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
212
933
4724
23108
744334

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg