Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilmişdir

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində tədbir keçirilmişdir.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış etmişlər.
Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğından bəhs etmiş, bu sahədə qəbul edilmiş dövlət proqramlar haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, uşaqların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur. Bildirilmişdir ki, muxtar respublikada aparılan uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, uşaq müəssisələrində tərk edilmiş həmçinin cinayət məsuliyyətinə cəlb edilmiş və uşaq əməyindən istifadə halları bugünədək aşkar edilməyib.
Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edən təşkilatçılar onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.
Ordubad şəhər tam orta internat məktəbində təhsil alan Vəlibəyli İsaq Fuad oğlu uşaqlara göstərilən hər tərəfli diqqət və qayğıya görə uşaqlar adından dövlətimizə minnətdarlığını bildirib. Sonra təşkilatçılar tərəfindən 42 uşağa hədiyyələr verilmişdir.
Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər və Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş etdirilmişdir.

737877
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
870
4293
16651
737877

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg