Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına bayram sovqatı aparılıb

“Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır. Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik bayramı bu gün xalq-ordu birliyinin də əsasını təşkil edir. Bunun nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Qələbə qazandı. Naxçıvan Muxtar Respublikasında da həmrəylik bayramında əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması bu birliyin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.
Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına gəlmiş, burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların səhhəti ilə maraqlanıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, bu il ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilən hərbi hospital regionun ən müasir səhiyyə ocağıdır. Hospitalda müxtəlif şöbə və bölmələrin fəaliyyət göstərməsi, eləcə də ixtisaslı həkimlərin olması, ən son tibbi avadanlıqlarla təminat xəstələrin hərtərəfli müayinə və müalicəsinə imkan verir. Digər bir tərəfdən isə hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir, iqlim şəraitinə uyğun rejim qaydaları və qidalanma tətbiq olunur, dərman vasitələri ilə təminat və ilkin tibbi yardım diqqətdə saxlanılır. Bütün bunlar isə Naxçıvan Qarnizonu üzrə şəxsi heyətin sağlamlığını etibarlı qorumağa imkan verir, xəstələrin sayı azalır.
Həkim Anar Əliyev minnətdarlıq edərək deyib: “Bu gün müasir iş şəraiti yaradılan hospitalda xidmət edirik. Yaradılan şəraitdən istifadə edərək hərbi qulluqçuların sağlamlığının keşiyində dururuq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektiv adından təbriklərimizi çatdırır və əmin edirik ki, bundan sonra da səylə çalışacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri və tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək deyib: Müasir hospitalda çalışmaq həkimlərə peşələrini daha yaxşı icra etmələrinə imkan verir. Əvvəlki hospitalda tibbi heyətin fəaliyyəti üçün çətinliklər yaranırdı. Bu gün isə xəstələrə keyfiyyətli tibbi xidmət göstərmək üçün bütün şərait vardır.
Əsgər Eldar İmanov və zabit Elbrus Tağıyev yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Ali Məclisin Sədri yeməkxanada olmuş, hərbi qulluqçuların qidalanması ilə maraqlanmış, hospitalda mülki şəxslər üçün də tibbi xidmətin təşkili və kadr işinin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində də xəstələrə və tibb işçilərinə hədiyyələr paylanılıb, gətirilən ərzaq məhsulları anbarlara təhvil verilib.

717657
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
385
1048
4837
23776
717657

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg