Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş sabahlara qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.
Bu gün muxtar respublika sakinlərinin birlik və həmrəylik duyğularının, yeni il sevinclərinin qayəsində də ulu öndərin siyasi xəttinə sonsuz inam və sədaqət dayanır. Qurub-yaratmaq əzmi ilə yaşayan muxtar respublika əhalisi yeni ili bayram sevinci ilə qarşılayır.
Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilib, Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, muxtar respublikada fəaliyyət göstərən 30 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Ali Məclisin Sədri 2021-ci ilin sabitlik, inkişaf, tərəqqi və sosial rifahla başa vurulduğunu bildirib, 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırıb, həyata keçirilən tədbirlərdə əməyi olanlara təşəkkür edib.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilib.

717757
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
485
1048
4937
23876
717757

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg