Şərur şəhərində hərbi xidmətdən yeni tərxis olunan gənclərin məşğulluqlarının təmin edilməsi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada qadınların, gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Proqramın icrası çərçivəsində, mütəmadi olaraq həyata keçirilən sosial layihələrdən biri də hərbi xidmətdən tərxis olunmuş gənclərlə keçirilən görüşlərdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə cari ilin ilk tədbiri Şərur şəhərində baş tutub. Şərur, Kəngərli və Sədərək rayonlarından olan hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə keçirilən görüşdə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin davamında gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Qarşıdakı günlərdə, bu görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

214466
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
303
456
1618
7815
214466

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg