Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində əlverişli zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş
özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika
üzrə 26 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 12 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 3 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə təmir-tikinti alətləri, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərin üzvlərindən 5 nəfərini əlilliyi olan şəxslər, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 1 nəfərini nikahı pozulan şəxs, 1 nəfərini ailə başçısını itirən şəxs, 1 nəfərini məcburi köçkün, 2 nəfərini şəhid ailəsi üzvləri, 3 nəfərini isə müharibə iştirakçısı olan şəxslər təşkil edib.
Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Babək rayon Məşğulluq Mərkəzinin direktoru Nadim Nəcəfov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Babək rayonun Hacıvar kənd sakini Rauf Məmmədov və Kültəpə kənd sakini Səfər Hüseynov həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə onlara otdoğrayan aqreqat verilib.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

214448
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
285
456
1600
7797
214448

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg