Paralimpiya Federasiyasında ötən ilin yekunlarına və cari il ərzində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclası giriş sözü ilə açan federasiyanın sədri Nicat Babayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müvafiq kateqoriyadan olan şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. Federasiya sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikamızda da idmançılar, o cümlədən paralimpiyaçılar hərtərəfli qayğı və dəstəklə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq olunub, ötən il ərzində proqramın icrası istiqamətində müvafiq tədbirlər icra edilib. Görülən işlər çərçivəsində, 2021-ci ildə Paralimpiya Federasiyanın Şərur rayonunda ağırlıqqaldırma, Ordubad rayonunda isə tennis bölmələri istifadəyə verilib, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılıb. İyun ayında, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölmələrinin rəhbərləri və məşqçiləri üçün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibinin iştirakı ilə onlayn seminar keçirilib, ilin ikinci yarısında isə Azərbaycan Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisinin iştirakı ilə tennis ilə məşğul olan paralimpiyaçılarla təlim təşkil olunub. Ümumilikdə il ərzində, məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaq üçün 38 idman yarışı keçirilib ki, bu tədbirlərin də 26-ı bölgələrdə təşkil olunub. İdman tədbirlərində 500-dən artıq fiziki məhdudiyyətli şəxs iştirak edib, yüksək nəticə göstərənlər mükafatlandırılıb. Nazir əlavə edib ki, paralimpiyaçılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına xüsusi önəm verilib, bu məqsədlə daxili yarışlarda uğurlu nəticələr göstərmiş paralimpiyaçıların ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. Noyabr ayında, VI Paralimpiya İdman Oyunlarının pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışında iki paralimpiyaçımız II və III nəticələr göstərmiş, Boccia üzrə Azərbaycan Çempionatı - “Zəfər Turniri”ndə isə bir təmsilçimiz I, digər təmsilçimiz isə II yerə layiq görülmüşdür. N.Babayev əlavə edib ki, ötən il muxtar respublika paralimpiyaçılarının, Azərbaycan Milli Komandalarının heyətinə cəlbi baxımından da yaddaqalan olub. Qolbol idman növü üzrə milli komandanın təlim-məşq toplanışına Federasiyanın üç paralimpiyaçısı və bir məşqçi-müəllimi cəlb olunub. Eyni zamanda, ötən il ilk dəfə olaraq, Azərbaycan Milli Komandasının heyətində, Avropa çempionatında muxtar respublika paralimpiyaçısı da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı isə çıxışında vurğulayıb ki, Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvan idmanının maddi-texniki imkanları sayəsində yeniyetmə və gənclərin bu sahəyə marağı günü-gündən artmaqdadır. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir. Nazir bildirib ki, ötən il bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib, eyni zamanda Naxçıvan idmançıları tərəfindən ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla ümumilikdə 82 medal qazanıb. Bunlardan 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc medaldır və bu Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.
Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında ötən il görülən işlər barədə hesabat xarakterli məlumat verib. İclasda Federasiyanın fəaliyyətində ötən il qeydə alınan nöqsanlar müzakirə edilib, cari il üçün Tədbirlər Planı təsdiq olunub. Tədbirin davamında 2021-ci ildə ölkə səviyyəli yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.

214510
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
347
456
1662
7859
214510

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg