Aztəminatlı ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları"ili elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, 

ümumilikdə 13 nəfərə yanında balası olan iribuynuzlu, 3 nəfərə mini yer şumlayan aqreqat, 1 nəfərə qənnadı məmulatlarının hazırlanması üçün avadanlıqlar, 1 nəfərə isə bərbər-manikürçü peşəsi üzrə lavazimatlar alınaraq, vətəndaşların istifadəsinə verilib. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

745876
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1754
933
6266
24650
745876

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg