Əməyin mühafizəsi həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilib. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması sosial siyasətin əsas istiqamətlərindən hesab olunur. Bu sahədə milli qanunvericilik bazasının formalaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsisahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da öz əksini tapmışdır. Bununla yanaşı, ölkəmizdə əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadisiyasəti ölkə vətəndaşlarının səmərəli məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla, eyni zamanda işçilərin təhlükəsiz və sağlam əmək şəraitində çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə imkan verir, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir. Muxtar respublikada da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, iqtisadiyyatın müxtəlifsahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir. Bu səbəbdən muxtar respublikada əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması, tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası nəticəsində ötən dövr ərzində əməyin mühafizəsi ilə bağlı uğurlu nəticələr əldə olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin icrası üçün hərtərəfli şərait yaratmışdır. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığına təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, onlar peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Əməyin mühafizəsi istiqamətində nəzarət və maarifləndirmə işi paralel olaraq davam etdirilir. Görülən tədbirlər nəticəsində əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati xəta hallarında, həmçinin istehsalatda baş vermiş bədbəxt hadisələrin sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur. Cari ilin birinci rübündə də bu istiqamətdə tədbirlər davam etdirilmiş, əməyin mühafizəsinin təşkili ilə bağlı müvafiq baxışlar keçirilmiş, fərdi mühafizə vasitələrindən istifadə etməyən işçilər iş sahəsindən uzaqlaşdırılmış və ya fərdi mühafizə vasitələri ilə yerində təmin edilmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə monitorinqlər aparılmış, aparılan nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən işçilərə görə işəgötürənlərə xəbərdarlıq edilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Eyni zamanda ötən dövr ərzində muxtar respublikada müasir informasiyakommunikasiya vasitələrinin imkanlarından istifadə edilərək işçilərin əmək hüquqları ilə bağlı bir sıra məsələlər elektronlaşdırılmış, Naxçıvan Muxtar Respublikasında “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi”nin fəaliyyəti təkmilləşdirilmişdir. Görülən bu işlərlə yanaşı, əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici tədbirlər də mütəmadi olaraq davam etdirilir. Əməyinmühafizəsini daha genişşəkildə təbliğ etmək məqsədilə “Əməyin mühafizəsi” adlı elektron jurnal rübdə bir dəfə olmaqla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “sosial.nmr.az” internet səhifəsinə yerləşdirilir. Əmək münasibətlərinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinə dair seminarlar, həmçinin əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsinə dair işçi heyətlə yerlərdə görüşlərin keçirilməsi də cari il ərzində davam etdirilir. Həmçinin “255” nömrəli qaynar xətt vasitəsilə daxil olan müraciətlər qanunamüvafiq olaraq cavablandırılır. Əməyin mühafizəsisahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Əməyin mühafizəsinin təşkili muxtar respublikamızda bundan sonra da xüsusi diqqət yetirilən vacib məsələlərdən biri olacaqdır.

716893
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
669
784
4073
23012
716893

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg