28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Əməyin mühafizəsinə dair ümumi tələblər” mövzusunda seminar keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil olunan seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatının məsləhətçi-hüquqşünası Aygül Mirzəyeva bildirib ki, dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr əməyin mühafizəsi məsələsini aktuallaşdırır. Cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunub. Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlayıb, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ, həmçinin işçilərin əmək və istirahət hüquqlarının əsasları öz əksini tapıb. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər müəyyənləşib.
Qeyd olunub ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması məsələləri hər zaman diqqət mərkəzində saxlanılır. Nazirliyin aid mütəxəssisləri tərəfindən mütəmadi olaraq şəhər, rayon rabitə idarələrində monitorinqlər aparılır, işçilərin əmək hüquqlarının qorunmasına, eləcə də rabitə xətt təsərrüfatında işləyən əməkdaşların əməyin mühafizəsi qaydalarına əməl edilməsinə davamlı nəzarət edilir və bu məqsədlə maarifləndirici seminarlar keçirilir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov isə slayd vasitəsilə “Əməyin mühafizəsinə dair ümumi tələblər” barəsində ətraflı məlumat verib.
Seminarda Nazirliyin və struktur bölmələrinin aid əməkdaşları iştirak edib, iştirakçıların sualları cavablandırılıb, sonda mövzuya aid videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, bugünki seminar Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 2022-ci il İş Planına əsasən təşkil olunub.

717009
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
785
784
4189
23128
717009

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg