“Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olub

Muzeydə nümayiş etdirilən eksponatlarla tanışlıq zamanı bildirilib ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır.
Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır.
Qeyd edək ki, Azərbaycan xalçaları 2010-cu ildə UNESCO-nun “Qeyri maddi mədəni irs” siyahısına da daxil edilib.

743897
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
708
841
4287
22671
743897

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg