5 May xalçaçıların peşə bayramı günüdür

Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xalçaçılıq sənətinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər və layihələr həyata keçirilir.
Muxtar Respublikamızda milli adət ənənələrin qorunub saxlanılmasına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bununla əlaqədar olaraq xalçaçılıq sahəsində ixtisaslı kadrların hazırlanması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ildən etibarən Xalçaçı peşəsi üzrə 12 kurs təşkil edilmiş və bu kursları 130 nəfər bitirmişdir. Həmçinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində də məhkum qadınlardan ibarət xalçaçı kursu təşkil olunmuşdur. Bu kurslara cəlb olunan müdavimlər və məhkumlar kursu müvəffəqiyyətlə başa vuraraq sertifikatlarla təmin olunmuşdur.
Xalça toxunuşu eyni zamanda, xalçaçı qadınların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biridir. Xalçaçılıq sənətinin inkişaf etdirilməsi sahəsində “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihə həyata keçirilmişdir. Layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla əmək müqavilələr bağlanmış, onlara lazımi avadanlıq və materiallar verilərək milli çeşnilər əsasında evlərdə xalça toxunuşu təşkil edilmişdir. Sosial əhəmiyyətli layihənin təşkil edilməsində məqsəd muxtar respublikada evdə xalça toxunuşu ənənələrinin yaşadılması, xalçaçıların özünüməşğulluqlarının təmin edilməsidir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihə 2014-cü ildən həyata keçirilir. 2014-cü ildən bu günə qədər xalçaçı qadınlar tərəfindən 62 ədəd xalça toxunmuşdur. Toxunan xalçalar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən haqqı ödənilərək təhvil götürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, xalça toxunuşunu həyata keçirmək üçün lazım olan hana, ip və digər avadanlıqlar vətəndaşlara əvəzsiz olaraq verilmişdir. 2014-cü il tarixdən, bugünədək ümumilikdə 32 nəfər sağlamlıq imkanları məhdud və evdar qadın bu layihəyə cəlb olunmuşdur. Ərsəyə gələn xalçalar Naxçıvan çeşniləri əsasında toxunmuşdur. Toxunmuş xalçaların əl işlərinin satışı mağazasında, muxtar respublikada təşkil olunan yarmarka və sərgilərdə satışı təşkil edilir.
Qeyd etmək lazımdır ki, xalça toxunuşu bu gün də davam etdirilir, dövlətimiz tərəfindən xalçaçılara yüksək diqqət və qayğı göstərilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsinin 4 iştirakçısı “Tərəqqi” medalı ilə təltif edilmişlər.

234596
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
417
408
825
14490
234596

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg