Ordubad rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.
Proqramın icrasına uyğun olaraq, muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Artıq bir neçə ildir icra olunan özünüməşğulluq proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikanın regionlarında özünüməşğulluq fəaliyyətinin təşkili həm də, yeni ailə təsərrüfatlarının yaranmasına, həmçinin kiçik və orta sahibkarlığına əlverişli zəmin yaradır. Görülən bu işlərə paralel olaraq, verilən aktivlərdən səmərəli və düzgün istifadənin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumlar tərəfindən zəruri maarifləndirmə tədbirlərin icrası davam etdirilir.
May ayının 5-də Ordubad rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Baş Sığorta Agentliyinin və həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib. Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.
Əlavə edək ki, sözügedən tədbirdən sonra müvafiq təşkilatların nümayəndələri Ordubad rayonu ərazisində verilmiş aktivlərdən nümunəvi istifadə edən sakinlərin təsərrüfatlarına baxış keçirib, vətəndaşlara zəruri tövsiyyələr veriblər.

737912
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
86
870
4328
16686
737912

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg