Sosial könüllülər Şərur rayonunda yaşayan tənha ahıllara baş çəkiblər

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, yaxın qohumu ilə eyni yaşayış sahəsində yaşamayan və xüsusi qulluğa ehtiyacı olan şəxslərlə əlaqədar sosial xidmətlərin təşkili davam etdirilir. Hazırda, tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 300-ə yaxın şəxsə evlərində və Ahıllar evində sosial xidmətlər göstərilir. Son dövrlərdə isə, sosial könüllülərin iştirakı ilə bu tədbirlərin icrası daha da təkmilləşdirilir və bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından keçirilən tədbirlərin ictimai əhəmiyyətinə diqqət artırılır.
Görülən bu işlərin davamı olaraq, Nazirlik və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə növbəti belə tədbir Şərur rayonunda təşkil olunub. Sosial könüllülər, həftəsonu rayon ərazisində yaşayan və sosial xidmət göstərilən tənha ahıllara evlərində baş çəkib, zəruri məişət işlərinin icrasında onlara köməklik göstəriblər. Həmçinin, gənclər ahıllarla birgə səmimi vaxt keçirib, onların həyat təcrübələri əsasında xatirə və tövsiyyələrini dinləyiblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

743994
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
805
841
4384
22768
743994

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg