Şərur rayonunun Kürkənd və Yengicə kəndlərində yaşayan şəxslərə kiçik bizneslərinin qurulmasına və inkişafına təkan verəcək aktivlər təqdim edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan həssas əhali quruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində 30.04.2022-ci il və 06.04.2022-ci tarixlərində "Rabitəbank” ASC tərəfindən müvafiq olaraq, Şərur rayonunun Kürkənd və Yengicə kəndlərində yaşayan şəxslərə kiçik bizneslərinin qurulmasına və inkişafına təkan verəcək aktivlər təqdim edilmişdir:
-Ələkbərov Səbuhi Muxtar oğlu – kiçik dəmirçi sexi üçün zəruri avadanlıqlar
-İbrahimova Aygül İmamverdi qızı – kiçik dərzi sexi üçün zəruri avadanlıqlar
Qeyd edək ki, bugünədək muxtar respublikada memerondum çərçivəsində özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 17-ə çatmışdır. İndiyədək verilən aktivlər kənd təsərrüfatı sahələrindən maldarlıq, istehsal-xidmət sahələrindən isə avtoçilingər xidməti, avtomobil şinlərinin təmiri, kiçik dülgər sexi, kiçik foto atelye, qadın gözəllik salonu, telefon təmiri avadanlıqları, yerşumlayan aqreqat və kiçik dərzi sexi sahələrinə təqdim olunmuşdur.
Memorandum çərçivəsində ümumilikdə, 50 müvafiq kateqoriyadan olan şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur və bu istiqamətdə işlər davam etdirilir.

738826
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
136
864
5242
17600
738826

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg