Son dövrlərdə muxtar respublikamızda yeni istehsal və sənaye sahələrinin yaradılması nəticəsində müxtəlif peşələr üzrə ixtisaslı mütəxəssislərə ehtiyac artır

İqtisadiyyatın davamlı inkişafı peşəkar işçi qüvvəsinin formalaşmasını və əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsini zəruri edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə yeni imkanlar yaratmaqdadır.
Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə kurslarının təşkili davam etdirilir. Əmək bazarının təhlilinin nəticələrinə əsasən, Nazirliyin Naxçıvan Regional Peşə Tədris Mərkəzində 16 nəfər müdavimin iştirakı ilə “Bərbər-manikürçü” peşə hazırlığı kursunun tədrisinə başlanılıb. Peşə hazırlığı kursunun tədris müddəti iki aydır. Qeyd edək ki, kursu uğurla bititən müdavimlərin sonda müvafiq sertifikatlarla təmin olunması nəzərdə tutulub.

743819
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
630
841
4209
22593
743819

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg